Zebra

Careers Image

Rəqəmsal nəzarət, izləmə və identifikasiya texnologiyalarının iş mühitlərindəki rolunu heç bu qədər aydın hiss etməmişdik. Zebra Technologies, fiziki proseslərlə rəqəmsal dünya arasında güclü körpü yaradan qlobal texnologiya liderlərindən biridir. Onların təqdim etdiyi həllər — barkod oxuyucular, mobil kompüterlər, etiket printerləri, RFID sistemləri və real vaxtda izləmə texnologiyaları — artıq təkcə anbar və logistika sahəsi üçün deyil, pərakəndə satışdan səhiyyəyə qədər bir çox sektorda əsas ehtiyaca çevrilib.

Zebra ilə tərəfdaşlığımız💫

Technofusion olaraq Zebra Technologies ilə qurduğumuz rəsmi tərəfdaşlıq yalnız texniki avadanlıq təminatı deyil, daha ağıllı, daha səmərəli və daha izlənəbilən əməliyyat prosesləri yaratmaq məqsədi daşıyır. Bu əməkdaşlıq bizə imkan verir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrə texnologiya ilə idarə olunan infrastruktur təqdim edək.

Bu tərəfdaşlıq çərçivəsində biz nələri təklif edirik, gəlin birlikdə baxaq:

  • RFID və barkod əsaslı izləmə sistemləri
  • Sənaye səviyyəli mobil kompüter və planşetlər
  • Yüksək sürətli və etibarlı etiket və kvitansiya printerləri
  • Real-time location systems (RTLS) və inventory visibility platformaları təqdim edirik.

Bu məhsullar sayəsində malların və resursların hərəkətini dəqiq izləmək, operativ qərarverməni sürətləndirmək, insan səhvlərini minimuma endirmək və müştəri xidmətinin səviyyəsini artırmaq mümkün olur. Technofusion bu həlləri biznesinizin miqyasına və sahəsinə uyğun inteqrasiya edir, lokal texniki dəstək təqdim edir və bütün proses boyu sizin texnoloji tərəfdaşınız kimi yanınızda olur.