Hanwha

Careers Image

Gözünüz hər zaman sisteminizin üzərində olsun istəyirsiniz?

Təhlükəsizlik texnologiyalarında lider olan Hanwha Vision, video müşahidə sistemləri və ağıllı nəzarət texnologiyaları ilə dünya miqyasında tanınır. Ən son süni intellekt əsaslı analitik funksiyalar, yüksək keyfiyyətli görüntüləmə və dayanıqlı qurğular Hanwha-nı həm dövlət sektorunda, həm də özəl müəssisələrdə ideal seçimə çevirir. Bu texnologiyalar sayəsində obyekt tanıma, hərəkət izləmə və davranış təhlili tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Hanwha sistemləri miqyaslana bilən quruluşu ilə həm kiçik ofis şəbəkələrində, həm də iri sənaye komplekslərində effektiv işləyir. Təhlükəsizliyi sadəcə izləmək yox, onu aktiv şəkildə idarə etmək istəyənlər üçün Hanwha müasir dövrün ideal texnologiyasıdır deyə bilərik!

Hanwha ilə tərəfdaşlığımız💫

Technofusion olaraq Hanwha Vision şirkətinin rəsmi tərəfdaşı kimi, bu qabaqcıl təhlükəsizlik texnologiyalarını Azərbaycan bazarına təqdim edirik. Tərəfdaşlığımız yalnız kameraların tədarükü ilə bitmir, eyni zamanda biz bu sistemləri sizin mühitinizə uyğun layihələndirir, quraşdırır, inteqrasiya edir və uzunmüddətli texniki dəstək göstəririk.

Hanwha ilə tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz əsas həllər:

  • Obyekt tanıma, davranış analizi, real vaxtda xəbərdarlıq funksiyalarına malik AI əsaslı təhlükəsizlik kameraları.
  • Sadə idarəetmə və çevik arxivləşdirmə sisteminə malik, Video menecment sistemləri.
  • Xüsusi sənaye və geniş ərazi üçün Termal və panoramik kameralar.
  • Miqyaslana bilən yaddaş və axın idarəetməsi olan şəbəkə əsaslı NVR və DVR sistemləri.
  • Əlaqəli təhlükəsizlik analitikasına malik olan giriş nəzarəti və obyekt monitorinqi inteqrasiyası.

Technofusion-nun Hanwha ilə tərəfdaşlığı sayəsində müəssisəniz fiziki təhlükəsizliyi həm qorunur, həm də ağılla idarə olunur.