Lenovo

Careers Image

Texnologiyanın çevikliyi, davamlılığı və gücü bir araya gəldikdə ortaya çıxan adlardan biri də Lenovo brendidir. Bu qlobal texnologiya markası, həm fərdi istifadəçilər, həm də korporativ müştərilər üçün yüksək performanslı və uzunömürlü məhsullar təqdim edərək, özünü dünyada tanıdıb. Lenovo-nun əsas missiyası, istifadəçilərə etibarlı, ağıllı və innovativ texnologiyalarla daha məhsuldar işləmək imkanı yaratmaqdır.

Lenovo, sadəcə kompüter markası olmaqdan çox, artıq bütün İT infrastrukturunu əhatə edən kompleks həllər platforması da hesab edilir. İstər fərdi noutbuk, istər korporativ iş avadanlıqları, istərsə də güclü server sistemləri olsun, hər biri istifadəçinin ehtiyacına tam uyğunlaşdırılmış şəkildə təqdim olunur. Bu texnologiyaları Azərbaycan bazarında müştərilərə düzgün şəkildə təqdim edən və tətbiq edən tərəfdaş isə öndə gedən Technofusiondur.

Lenovo ilə tərəfdaşlığımız

Technofusion, Lenovo-nun rəsmi tərəfdaşı olaraq, dünya səviyyəli texnologiyaları biznes sahələrinin ehtiyaclarına uyğunlaşdıraraq təqdim edir. Tərəfdaşlıq çərçivəsində təqdim etdiyimiz məhsul və xidmətlər, yalnız cihaz təchizatı ilə məhdudlaşmır, eyni zamanda biz bütün sistemin düzgün qurulmasına, davamlı işləməsinə və inkişaf yönümlü dəyişikliklərin edilməsinə hazır qalmasına dəstək veririk.

Lenovo ilə olan əməkdaşlığımız çərçivəsində təqdim etdiyimiz həllərə nələr daxildir, gəlin birlikdə nəzər yetirək:

  • Server sistemləri
  • İş stansiyaları (Workstations)
  • Korporativ və fərdi kompüterlər
  • Mobil cihazlar və planşetlər

Məlumatların sürətli emalı, təhlükəsizlik və miqyaslana bilən infrastruktur üçün server sistemləri mühüm rol oynayır. Dizayn, render, analitik və mühəndislik sahələri üçün optimallaşdırılmış güc dedikdə isə lenovonun təqdim etdiyi iş stansiyaları ağla gəlir. Gündəlik ofis işlərindən tutmuş uzaqdan idarəetməyə qədər bütün ehtiyaclar üçün korporativ və fərdi kompüterlər Lenovo brendinin təkrarolunmaz həll yollarından biridir. Bir sözlə, hər yerdən işləmək üçün yüngül və güclü texnologiyalara sahib olan bu brendin məhsulları işinizin optimallaşdırılmasında mühüm rol oynaya bilər.

Technofusion bu texnologiyaların rəsmi təchizatı və lisenziyası, inteqrasiyası və quraşdırılması, texniki dəstək və zəmanət xidməti ilə bizneslərə tam dəstək təqdim edir. Lenovo ilə tərəfdaşlığımız, müştərilərimizə sadəcə cihaz deyil, dayanıqlı İT infrastrukturu, daha yüksək məhsuldarlıq və gələcəyə uyğun texnoloji güvən verir.