HPE

Careers Image

Bilirik ki, biznesin əsas dayaqlarından biri güclü, çevik və təhlükəsiz infrastrukturdur. Hewlett Packard Enterprise (HPE), bu ehtiyaclara cavab olaraq qurulmuş, server, storage, bulud və şəbəkə texnologiyaları üzrə dünyanın aparıcı İT şirkətlərindən biridir.

HPE-nin təqdim etdiyi həllər müəssisələrə təkcə fiziki avadanlıq deyil, həm də analitika dəstəyi, avtomatlaşdırma və AI əsaslı idarəetmə imkanları yaradır. Bu texnologiyalar sayəsində sistemlər daha ağıllı, daha qənaətcil və daha dayanıqlı olur.

HPE ilə tərəfdaşlığımız

Technofusion, HPE-nin rəsmi tərəfdaşı olaraq, bu texnologiyaları yerli bazarda korporativ və dövlət qurumlarına tam uyğunlaşdırılmış şəkildə təqdim edir. Bu brendin məhsullarını biz, tam dövrəli İT infrastrukturunun qurulması, layihə konsaltinqi, quraşdırma və texniki dəstək xidmətlərini əhatə edən vahid həll paketi şəklində sizin üçün təqdim edirik.

Tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz əsas HPE həlləri bunlardır:

  • Yüksək performanslı və miqyaslana bilən hesablama infrastrukturu olan HPE ProLiant serverlər
  • Ağıllı məlumat saxlama və ehtiyat nüsxə sistemləri olan HPE Alletra və Nimble Storage
  • HPE Aruba şəbəkə avadanlıqları – Wi-Fi, LAN və SD-WAN üzrə təhlükəsiz bağlantı həlləri
  • İstənilən infrastrukturun xidmət kimi (IaaS) istifadəsini təmin edən HPE GreenLake platforması
  • HPE OneView – mərkəzləşdirilmiş idarəetmə və infrastrukturun avtomatlaşdırılması

Technofusion bu sistemləri biznes ehtiyaclarına uyğun şəkildə təhlil edir və layihələndirir. Eyni zamanda infrastrukturun sıfırdan qurulmasını və ya mövcud sistemlərin modernizasiyasını həyata keçirir, satış sonrası texniki dəstək, monitorinq və optimizasiya ilə müşayiət edir.

Unutmayın ki, HPE + Technofusion tərəfdaşlığı ilə İT infrastrukturu hər biriniz üçün strateji dəyər mənbəyinə çevriləcək!