HBC

Careers Image

Sənaye, logistik və ağır texnika sektorlarında uzaqdan idarəetmə sistemləri təhlükəsizlik və səmərəlilik baxımından əsas rol oynayır. HBC-radiomatic, bu sahədə dünya üzrə lider sayılan bir markadır və simsiz nəzarət sistemləri üzrə ixtisaslaşmışdır. Radiodalğalarla idarə olunan HBC texnologiyaları qaldırıcı qurğular, kranlar, konveyerlər və digər sənaye avadanlıqları üçün etibarlı, stabil və operator dostu həllər təqdim edir. Sistemin intuitiv interfeysi, dayanıqlı konstruksiyası və yüksək məsafə performansı sayəsində HBC texnologiyası yalnız təhlükəsizliyi artırmaqla kifayətlənmir, eyni zamanda istehsal prosesini sürətləndirir.

HBC ilə tərəfdaşlığımız

Technofusion, HBC-nin rəsmi tərəfdaşı olaraq bu qabaqcıl uzaqdan idarəetmə sistemlərini Azərbaycanda sənaye və texnoloji layihələrə uyğun şəkildə təqdim edir. Müştərinin mövcud proseslərini təhlil edərək həm operator, həm də sistem səviyyəsində tam uyğunluq təmin edən həllər qururuq.

Tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz həllər bunlardır:

  • Simsiz idarəetmə sistemləri -
  • Mobil maşın və texnika üçün uzaqdan nəzarət panelləri -
  • Təhlükəsiz E-stop funksiyaları və redundanslı idarəetmə modulları -
  • Multi-channel və interference-free əlaqə protokolları -
  • Sertifikatlı sənaye radio idarəetmə həlləri (ATEX, IECEx və s.) -

Technofusion bu sistemlərin, layihələndirilməsi və uyğun konfiqurasiyasını həyata keçirir, sahə şəraitində test və quraşdırmasını təmin edir, texniki heyət üçün təlim və davamlı texniki dəstək xidmətləri göstərir. İstehsalat və texniki sahələrdə təhlükəsizliyi artırmaq və prosesi avtomatlaşdırmaq üçün HBC + Technofusion tərəfdaşlığı ideal seçimdir.