HUAWEI

Bu günün texnologiya dünyasında adını sabitlik, innovasiya və yüksək performansla təsdiqləmiş brendlərdən biri də HUAWEI-dir. Yalnız smartfon istehsalçısı kimi deyil, eyni zamanda şəbəkə infrastruktur sistemləri, firewall və təhlükəsizlik avadanlıqları, data mərkəzi həlləri və bulud əsaslı texnologiyalar sahəsində bütün dünyada qlobal lider kimi tanınır. Huawei-nin təqdim etdiyi sistemlər həm çevik, həm də yüksək yüklənmələrə davamlı olduğu üçün, bank sektorundan tutmuş istehsalata, dövlət idarələrindən tutmuş korporativ ofislərə qədər çoxşaxəli tətbiq sahələrinə malikdir. Brendin məqsədi yalnız cihaz satmaq deyil, eyni zamanda etibarlı və ağıllı əlaqə ekosistemi qurmaqdır. Bu texnologiyaların real gücünü isə, ona, düzgün partnyorla qoşulduqda görə bilərsiniz! Məhz burada Technofusion olaraq sizə operativ və təhlükəsiz həllər təklif edirik.
Huawei ilə tərəfdaşlığımız
Technofusion, Huawei şirkətinin rəsmi tərəfdaşı olaraq, bu qabaqcıl texnologiyaları Azərbaycanın İT ekosistemində tətbiq edir. Şirkətimiz Huawei-dən yüksək keyfiyyətli təhlükəsizlik cihazları əldə edərək, kompleks İT layihələri həyata keçirir.
Bu əməkdaşlıq bizə imkan verir ki:
- Müasir və miqyaslana bilən şəbəkə həlləri təklif edək
- Müəssisələr üçün tam təhlükəsizlik mühiti yaradaq
- Yüksək yüklənmələrə davamlı sistemlər quraq
- Texniki dəstək və uzunmüddətli xidmət təmin edək
Huawei ilə tərəfdaşlığımız, Technofusion-un təqdim etdiyi xidmətlərin güvənliyini və texniki dayanıqlığını bir neçə addım irəli daşıyır. Bu tərəfdaşlıq sayəsində müştərilərimizə dünya səviyyəli texnologiyanı lokal dəstək və uyğunlaşdırılmış həllərlə təqdim edirik. Bu güclü əməkdaşlıq, şəbəkənizin gələcəyini daha təhlükəsiz və çevik edir. Şirkətimiz Huawei-dən, şəbəkə infrastrukturu üçün əsas avadanlıqlar, firewall və digər təhlükəsizlik cihazları, switch, router və access point həlləri, data mərkəzi üçün enerji və bağlantı sistemləri kimi məhsulları rəsmi kanal üzərindən əldə edərək, müştərilərimizə orijinal lisenziyalarla təqdim edir.