McAfee

Əgər kibertəhlükəsizlik bir qaladırsa, onun divarları real müdafiə ilə möhkəmləndirilməlidir. Milyonlarla fərdi istifadəçidən tutmuş, iri korporasiyalara qədər hər kəsin ən böyük qorxusu eynidir: “Gizli məlumatların itirilməsi, sistemə zərərli müdaxilə və fəaliyyətin iflic olması”.
Bu qorxularla mübarizədə illərdir adını dəyişməz liderlər sırasına yazdıran McAfee brendidir. McAfee təkcə antivirus proqramı deyil, eyni zamanda, təhlükənin təhlili, öncədən xəbərdarlıq, real vaxtda müdaxilə və məlumatların bütövlüyünün qorunması üçün qurulmuş ağıllı təhlükəsizlik sistemidir. İstər fərdi cihaz, istər server infrastrukturu, istərsə də bulud əsaslı platformalar olsun, McAfee texnologiyaları istifadəçinin hər bir nöqtəsində effektiv qoruma təmin edir.
McAfee ilə tərəfdaşlığımız🌟
Technofusion, McAfee-nin rəsmi tərəfdaşı olaraq bu qabaqcıl təhlükəsizlik ekosistemini Azərbaycanın biznes mühitinə uyğunlaşdıraraq tətbiq edir. Biz, sadəcə proqram təminatı satmaqla kifayətlənmirik, eyni zamanda təhlükəsizlik strategiyası qurur, tətbiq planı hazırlayır, izləmə və cavab proseslərini dəstəkləyirik.
Bu əməkdaşlıq çərçivəsində təqdim etdiyimiz əsas imkanlara diqqət edək:
Endpoint Security - bütün cihazların idarəolunan qorunması Threat Intelligence & SIEM inteqrasiyası - hücumları öncədən görmək və analiz etmək Cloud Security - bulud platformalarında məlumatların idarəsi və qorunması Data Loss Prevention (DLP) - məxfi məlumatların qeyri-qanuni paylaşımının qarşısını almaq Zero Trust Architecture dəstəyi - yalnız səlahiyyətli istifadəçilərə giriş imkanı
Nəzərə alınmalı ən əsas məqam odur ki, Technofusion olaraq bu həlləri sadəcə tətbiq etmirik, onları sizin İT strategiyanızın bir hissəsinə çeviririk. Çünki kibertəhlükəsizlik proqram quraşdırmaqla deyil, doğru tərəfdaşla çalışmaqla başlayır!