Citrix

Careers Image

Uzaqdan iş, virtual masaüstü texnologiyaları və bulud əsaslı məhsuldarlıq həlləri dedikdə Citrix dünyanın ən güvənilən texnologiya markalarından biri kimi tanınır. Şirkətlər üçün iş axınının istənilən cihaz və istənilən yerdən fasiləsiz şəkildə idarə olunmasına imkan verən Citrix platformaları, çevik və təhlükəsiz rəqəmsal iş mühiti yaradır.

Citrix məhsulları istifadəçilərə virtual masaüstü (VDI), tətbiq yayınlama, bulud inteqrasiyası və məlumatların mərkəzləşdirilmiş şəkildə idarə olunması kimi imkanlar təqdim edir. Bu isə həm resursların daha effektiv idarəsini, həm də yüksək təhlükəsizlik təmin edir.

Citrix ilə tərəfdaşlığımız

Komandalarınız fərqli bölgələrdə işləyir, amma eyni sistemə eyni anda, təhlükəsiz şəkildə qoşula bilmir? Müasir iş mühitində hibrid və uzaqdan iş artıq normaya çevrilib. Amma bu keçid bir çox şirkətdə texniki problemlər yaradıb ki, bu da tətbiqlərə ləng qoşulma, məlumatların qeyri-sabit axını və kibertəhlükə risklərini artırır.

Hər kəs eyni anda sistemə daxil olmaq istədikdə şəbəkə tıxanır, məlumat itkisi və iş fasilələri baş verir. Citrix texnologiyaları ilə uzaqdan iş daha çevik və təhlükəsiz olur. İstifadəçilər istənilən cihazdan, istənilən yerdən təhlükəsiz şəkildə korporativ resurslara qoşula bilir. Məlumatlar mərkəzləşdirilmiş şəkildə saxlanıldığı üçün itki riski sıfıra enir. Technofusion, Citrix-in rəsmi tərəfdaşı olaraq bu texnologiyaları müəssisələrə düzgün şəkildə tətbiq edir. Biz təkcə proqram təminatı yox, strateji planlaşdırma, quraşdırma, inteqrasiya və 24/7 texniki dəstək təqdim edirik.

Citrix + Technofusion əməkdaşlığından nə əldə edirsiniz?

  • İstənilən cihazdan təhlükəsiz və sürətli giriş
  • Virtual masaüstü və tətbiqlərə fasiləsiz çıxış
  • Məlumatların mərkəzləşdirilmiş şəkildə qorunması
  • İstifadəçi fəaliyyətinə nəzarət və təhdid analitikası
  • Əməkdaşların məhsuldarlığında ciddi artım

Citrix ilə tərəfdaşlığımız, müəssisənizin rəqəmsal mühitdə daha sürətli, sabit və qorunan şəkildə fəaliyyət göstərməsini təmin edir. Texnologiya sizə maneə yox, dəstək olsun deyə buradayıq!