NetApp

Careers Image

Rəqəmsallaşan dünyada istənilən biznesin uğuru bu məlumatların necə saxlandığı, qorunduğu və istifadəyə verildiyi ilə birbaşa bağlıdır. NetApp, məhz bu ehtiyaclara yönəlmiş intellektual məlumat idarəetmə və yaddaş həlləri təqdim edən aparıcı qlobal texnologiya brendidir. NetApp məhsulları müəssisələrə yalnız məlumat saxlama imkanı deyil, eyni zamanda bu məlumatları buludda, on-prem və hibrid sistemlərdə ağıllı şəkildə idarə etmə imkanı verir. Bu texnologiyalar performans, elastiklik və miqyaslana bilmə baxımından müasir İT infrastrukturunun əsasını təşkil edir.

NetApp ilə tərəfdaşlığımız

Technofusion, NetApp-ın rəsmi tərəfdaşı olaraq bu qabaqcıl məlumat saxlama və idarəetmə texnologiyalarını Azərbaycanın biznes mühiti üçün uyğunlaşdırır və tətbiq edir. Biz bu əməkdaşlıqla müştərilərimizə məlumatların təhlükəsizliyi, yüksək əlçatanlıq və çevik istifadəsi üzrə kompleks həllər təqdim edirik.

NetApp ilə tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz əsas həllər:

  • ONTAP Data Management Platform – mərkəzləşdirilmiş və avtomatlaşdırılmış məlumat idarəetməsi -
  • All-Flash və Hybrid Storage Systems – yüksək sürətli və optimallaşdırılmış yaddaş infrastrukturu -
  • NetApp Cloud Volumes – AWS, Azure və Google Cloud üçün inteqrasiya olunmuş bulud yaddaşı Backup, Disaster Recovery və Snapshot texnologiyaları -
  • Məlumat analitikası və təhlilə əsaslanan saxlama idarəetməsi -

Technofusion bu həlləri sizin infrastrukturunuza uyğun texniki plana salır, quraşdırır, test edir və istifadəyə verir, davamlı texniki dəstək və monitorinq ilə müşayiət edir. Məlumatın dəyəri onun necə idarə olunduğu ilə ölçülür. NetApp + Technofusion əməkdaşlığı ilə məlumatlarınız daha etibarlı, daha əlçatan və daha məhsuldar olacaq.