HP

Texnologiya bu gün, işin rahat getməsi, təhlükəsizliyi, məhsuldarlığı və peşəkar görünüşü müəyyən edən əsas dayaqlardan biridir. HP yəni, Hewlett-Packard brendi uzun illərdir ki, kompüter texnologiyaları sahəsində öz etibarını qoruyur. Eyni zamanda fərdi və korporativ istifadəçilər üçün etibarlı, innovativ və uzunömürlü məhsullar təqdim edir. HP noutbukları, masaüstü kompüterləri, printerləri və server avadanlıqları yüksək performans, çeviklik və estetik dizaynın birləşməsidir. Ofisdə, evdə və ya uzaqdan iş mühitində HP məhsulları hər zaman istifadəçilərinə funksional və rahat bir təcrübə vəd edir.
HP ilə tərəfdaşlığımız
Technofusion, HP-nin rəsmi tərəfdaşı olaraq bu məhsulları yalnız təqdim etməklə kifayətlənmir, eyni zamanda layihəyə uyğunlaşdırılmış texniki həllər, quraşdırma, inteqrasiya və davamlı dəstək xidmətləri ilə birgə təklif edir. Biz sadəcə texnologiya satmırıq, həm də iş prosesinizi optimallaşdıran, performansınızı artıran həlləri həyatınıza gətiririk.
HP ilə tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz məhsullara nəzər salaq:
HP ProBook və EliteBook seriyalı noutbuklar – iş mühiti üçün optimallaşdırılmış güc HP Z Workstation-lar – yüksək qrafik gücü tələb edən sahələr üçün ideal seçim HP printer və MFP sistemləri – sürətli çap, skan və sənəd axını idarəetməsi HP Enterprise serverlər və storage sistemləri – məlumatların etibarlı idarə olunması Monitorlar, aksesuarlar və universal docking stationların qurulması
Technofusion bu məhsulları, müştərinin ehtiyacına uyğun seçir və uyğunlaşdırır, tam quraşdırma və texniki konfiqurasiya ilə təqdim edir, satış sonrası texniki dəstək və zəmanət xidməti ilə müşayiət edir. HP texnologiyası ilə Technofusion təcrübəsi sizə daha sürətli, təhlükəsiz və dayanıqlı iş mühiti təmin edir.