APC

Elektrik enerjisi davamlılığı və sistemlərin qorunması deyildikdə, texnologiya dünyasında ilk ağıla gələn adlardan biri də APC (by Schneider Electric) brendidir. İllərdir qlobal bazarda fəaliyyət göstərən APC, UPS sistemləri yaxud fasiləsiz enerji təchizatı, enerji zolaqları, server otaqları üçün soyutma və qoruma sistemləri, eləcə də data mərkəzləri üçün güc infrastrukturu sahəsində etibarlılıq simvoludur. Müasir İT sistemlərinin 24/7 fasiləsiz işləməsi üçün təkcə texnologiya deyil, onu qidalandıran stabil enerji də vacibdir. Məhz bu ehtiyacı APC tam şəkildə qarşılayır və bütün dünyada on minlərlə şirkət tərəfindən istifadə olunur.
APC ilə tərəfdaşlığımız
Technofusion, APC markasının rəsmi tərəfdaşı olaraq, bu qabaqcıl texnologiyaları Azərbaycan bazarına daşıyır. Biz sadəcə məhsul təqdim etmirik, eyni zamanda APC sistemlərinin layihələndirilməsi, quraşdırılması, test edilməsi və texniki dəstəyi ilə tam paket həllər təklif edirik.
APC ilə tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz əsas həllər sırasına:
- UPS sistemləri – serverlər, şəbəkə avadanlıqları və həssas cihazlar üçün fasiləsiz enerji təminatı
- Rack və kabinet həlləri – data mərkəzi və şəbəkə otaqları üçün peşəkar yerləşdirmə strukturları
- Enerji monitorinq sistemləri – elektrik axınının izlənməsi və idarə olunması üçün ağıllı platformalar
- Soyutma sistemləri və modul enerji qurğuları – yüksək yüklənməli İT infrastrukturuna tam uyğunlaşdırılmış mühəndislik həlləri daxildir.
Technofusion, APC texnologiyalarını rəsmi kanal üzərindən təmin edir, layihənizə uyğun şəkildə konfiqurasiya və tətbiq edir, davamlı texniki dəstək və monitorinq ilə müşayiət edir. Unutmayın ki, enerjinin sabitliyi, texnologiyanın sabitliyidir! APC və Technofusion tərəfdaşlığı ilə siz, sistemlərinizin dayanıqlılığına əmin ola bilərsiniz.