Kaspersky

Careers Image

Kaspersky, qlobal miqyasda tanınan və kibertəhlükəsizlik sahəsində yüksək etimad qazanmış texnologiya brendidir. Antivirus sistemləri, endpoint qoruma, şəbəkə təhlükəsizliyi və bulud əsaslı müdafiə texnologiyaları ilə tanınan Kaspersky, fərdi istifadəçilərdən tutmuş iri korporasiyalara qədər geniş spektrdə təhlükəsizlik təmin edir.

Sürətlə dəyişən kiberhücum modelləri fonunda Kaspersky real vaxt rejimində təhdidləri aşkar edən, cavab verən və sistemləri qoruyan alqoritmləri ilə seçilir. Bu texnologiyalar sizin məlumatlarınızı, cihazlarınızı və infrastrukturlarınızı hər zaman nəzarətdə saxlayır.

Kaspersky ilə tərəfdaşlığımız

Technofusion, Kaspersky şirkətinin rəsmi tərəfdaşı olaraq, bu qabaqcıl təhlükəsizlik həllərini Azərbaycandakı müəssisələrə uyğunlaşdıraraq təqdim edir. Tərəfdaşlığımız çərçivəsində biz yalnız proqram təminatı deyil, həm də strateji texniki dəstək, təlim və təhlükəsizlik məsləhətləri təqdim edirik.

Kaspersky ilə tərəfdaşlığımız əsasında təqdim etdiyimiz əsas həllər bunlardır:

  • Kaspersky Endpoint Security for Business - cihazların qorunması
  • Kaspersky Security Center – mərkəzləşdirilmiş idarəetmə və monitorinq sistemi
  • Bulud və server qoruması – məlumat mərkəzləri üçün təkmilləşdirilmiş təhlükəsizlik
  • Real-time threat intelligence – qabaqlayıcı analiz və cavab mexanizmləri

Technofusion, bu həllərin uzunmüddətli texniki dəstəyini və təlimlərini həyata keçirir. Kaspersky ilə Technofusion güclü və etibarlı əməkdaşlıq etmək istəyənlərin bir nömrəli seçimidir. Təhlükəsiz rəqəmsal mühit üçün bizi seçin❗