Supermicro

Yüksək performans, optimallaşdırılmış enerji sərfiyyatı və miqyaslana bilən texnologiyalar axtarışındasınız? Supermicro bu prinsiplərlə müasir server və məlumat mərkəzi infrastrukturlarının əsas aparıcılarından biri kimi tanınır. Şirkət hesablama, saxlama, GPU sistemləri və edge computing sahəsində innovativ məhsullar təqdim edir. Bununla da fərdi konfiqurasiya və xüsusi ehtiyaclara uyğunlaşdırılmış server sistemləri ilə seçilir. Supermicro avadanlıqları sürət, dayanıqlılığı bir arada təqdim edir. Bu texnologiyalar müxtəlif sahələrdə AI, HPC, bulud sistemləri, analitika və enterprise səviyyəli İT mühitlərdə uğurla tətbiq olunur.
Supermicro ilə tərəfdaşlığımız
Technofusion, Supermicro-nun rəsmi tərəfdaşı olaraq bu qabaqcıl server və infrastruktur həllərini Azərbaycan bazarında müəssisələrin real texniki ehtiyaclarına uyğunlaşdıraraq təqdim edir. Biz sadəcə avadanlıq təqdimatı etmirik, eyni zamanda məqsədə uyğunlaşdırılmış performans paketi və dəqiq texniki planlamanı sizə təqdim edirik.
Tərəfdaşlığımız çərçivəsində təqdim etdiyimiz əsas həllər isə bunlardır:
- SuperServer sistemləri – yüksək yükləməli tətbiqlər üçün miqyaslana bilən serverlər -
- GPU sistemləri və AI platformaları – maşın öyrənməsi və süni intellekt prosesləri üçün optimallaşdırılmış həllər -
- Storage serverlər və SAN/NAS sistemləri – geniş həcmli və sürətli məlumat emalı üçün sistemlər -
- Edge computing və IoT infrastrukturu üçün kompakt serverlər -
- Data mərkəzi inteqrasiyası və enerji effektivliyi olan sistem dizaynı -
Technofusion bu sistemləri müştəri tələblərinə uyğun olaraq seçir və layihələndirir. Eyni zamanda tam şəkildə quraşdırır və istismara verir. Bundan başqa komandamız texniki dəstək, optimizasiya və uzunmüddətli müşayiətlə işini tamamlayır. Supermicro texnologiyası ilə hesablama daha ağıllı, məlumat axınınız daha sürətli, infrastrukturunuz isə daha dayanıqlı olur.