İnsidentlərə Cavab Xidməti

Careers Image

İnsidentlərə cavab xidməti, təşkilatların kiberhücumlar, sistem pozuntuları, məlumat sızmaları və digər təhlükəsizlik hadisələrinə çevik və effektiv şəkildə reaksiya verməsini təmin edən xidmət növüdür. Bu xidmətin əsas məqsədi, insident baş verən anda müdaxilə edərək, itkiləri minimuma endirmək, sistemləri bərpa etmək və gələcək üçün tədbirlər görməkdir.

Bu xidmətə ən əsas olaraq aşağıdakılar daxildir:

🕵️‍♂️ Təhlükənin müəyyən olunması 🔐 Təhlükənin qarşısının alınması ⚙️ Sistemin normala qaytarılması 📊 Hadisənin təhlili və hesabatların hazırlanması

Qısacası, bu xidmət rəqəmsal dünyanızın "Fövqəladə Hallar Nazirliyi" kimidir.

İnsidentlərə cavab xidməti qaydaları

İnsidentə cavab vermək bir planla və mərhələli şəkildə həyata keçirilir. Bu prosesin standart qaydaları beynəlxalq praktikalara əsaslanaraq belə qurulur:

  • Hazırlıq mərhələsində komanda, proseslər və alətlər hazır vəziyyətdə olmalıdır
  • Aşkarlama və diaqnostika zamanı insidentin baş verdiyi an və təsiri müəyyənləşdirilir
  • Zamanında problemi təcrid etmək və yayılmasının qarşısını almaq üçün atılan addım
  • Aradan qaldırma və bərpa ilə pozulan sistem bərpa olunur, məlumatlar geri yüklənir
  • Öyrənmə və hesabat isə hadisədən dərs çıxarmaq və insidentin sənədləşdirilirməsidir

İnsidentlərin aradan qaldırılması

İnsidentin aradan qaldırılması təkcə sistemin işlək vəziyyətə gətirilməsi ilə bitmir. Bu mərhələdə aşağıdakı addımlar həyata keçirilir:

  • Təsirə məruz qalan sistemlər təmizlənir
  • Yoluxmuş və ya zədələnmiş fayllar bərpa olunur
  • Təhlükənin təkrarlanmaması üçün tədbirlər görülür
  • Sistemin sabitliyi və performansı test olunur

Yaxşı düşünülmüş insident cavabı, gələcək risklərin qarşısının alınması üçün zəruridir.

Rəqəmsal forenzika araşdırmaları 🔍

Rəqəmsal forenzika araşdırmaları, kibercinayətlərin, məlumat sızmalarının və sistem pozuntularının səbəblərini araşdırmaq üçün tətbiq olunan müasir metodologiyadır. Bu sahə kompüterlər, mobil cihazlar, serverlər və şəbəkə sistemləri üzərindəki rəqəmsal izləri toplayaraq, hüquqi və texniki əsaslarla dəyərləndirir.

Forenzika araşdırmalarına nələr daxildir gəlin birlikdə baxaq:

  • Silinmiş və ya dəyişdirilmiş faylların bərpası
  • E-poçt və sistem fəaliyyətlərinin izlənməsi
  • Hücumların mənbəyinin müəyyənləşdirilməsi
  • Məlumatların izinə düşmək

Bu xidmət sayəsində təşkilatlar kibertəhlükəsizlik insidentlərinə daha effektiv cavab verir və gələcək riskləri minimuma endirir. Rəqəmsal sübutları düzgün toplamaq və analiz etmək istədiyiniz zaman rəqəmsal forenzika araşdırmaları sizə etibarlı yol göstərəcək. Bunun üçün sizə dəstək göstərməyə hazırıq. Technofusion, hər zaman yanınızda etibar edə biləcəyiniz bir tərəfdaş olacaq!

Kompüter insidentləri üçün avtomatlaşdırılmış həllər

Kompüter insidentləri nədir? Bu insidentlər istər virus yayılması, istərsə də icazəsiz giriş kimi kibertəhlükəsizlik hadisələri zamanı müəssisələr üçün ciddi təhlükə yaradır.

Bu cür hallar baş verdikdə, avtomatlaşdırılmış həllər işləməyə başlayır. Burada avtomatlaşdırılmış həllər ön plana çıxır və insidentlərə daha sürətli və effektiv cavab verməyə imkan yaradır. Tam olaraq avtomatlaşdırılmış həllər sayılan texnologiyalar nə edir?

  • İnsidentləri real vaxtda aşkar edir
  • Risk səviyyəsini analiz edir və prioritetləşdirir
  • Cavab mexanizmlərini avtomatik işə salır
  • Zərərli faylın təcrid edilməsinə kömək olur

Kompüter insidentlərinin vaxtında aşkarlanması və qarşısının alınması üçün bu həllər İT komandalarının yükünü azaldır, insan səhvlərini minimuma endirir və təhlükəsizliyi gücləndirir. Beləliklə, təşkilatlar kibertəhdidlərə qarşı daha çevik və hazırlıqlı olurlar.

Kiber insidentə reaksiya⚠️

Kiber insidentə gecikmiş reaksiya, sistemə daha çox ziyan vura bilər. Ona görə reaksiya çevik, koordinasiyalı və öncədən hazırlanmış plan üzrə olmalıdır.

Bu prosesdə aşağıdakılar vacibdir:

  • Reaksiya planının olması
  • İnsident komandası ilə dərhal əlaqə
  • Hadisəni izolə etmək və daha da yayılmasının qarşısını almaq
  • İzlənilən hər addımı sənədləşdirmək
  • İnsidentlərin araşdırılması

Hər bir kiberinsidentin arxasında bir səbəb var və burada əsas məqsəd onu tapmaqdır. Araşdırma mərhələsində:

🔍 Loq faylları və sistem qeydləri incələnir 📌 Hücum vektorları və zəiflik nöqtələri müəyyən olunur 📂 Sənədlər və istifadəçi fəaliyyətləri təhlil edilir 📎 Əldə olunan nəticələr üzrə təkmilləşdirmə tövsiyələri verilir

Bu mərhələ, gələcəkdə eyni təhlükənin təkrarlanmaması üçün vacib öyrənmə mənbəyidir. Unutmayın, zamanında verilən reaksiya, sisteminizin həyatını qurtara bilər! Oracle xidmətimiz, təhlükəsizlik problemlərinə sürətlə cavab verərək sistemlərinizi qorumağa və bərpa etməyə kömək edir.