Server Otağı

Server otağı, şirkətin bütün məlumat axınının və İT infrastrukturunun mərkəzində yerləşən texnoloji bir məkandır. Bu otaqda serverlər, şəbəkə avadanlıqları, yaddaş qurğuları, enerji təminatı sistemləri və soyutma qurğuları yerləşdirilir. Məqsəd bu cihazların sabit, təhlükəsiz və fasiləsiz işləməsini təmin etməkdir.
Server otağı nədir?
Müasir dövrdə server otaqları yalnız böyük müəssisələr üçün deyil, orta və kiçik bizneslər üçün də strateji əhəmiyyət daşıyır. Burada təhlükəsizlik, temperaturun tənzimlənməsi, enerji ehtiyat sistemləri və strukturlaşdırılmış kabel infrastrukturu xüsusi diqqət tələb edir.
Server otağı necə quraşdırılır?
Server otağının düzgün qurulması, gələcəkdə texniki nasazlıqların, təhlükəsizlik risklərinin və performans zəifliklərinin qarşısını almaq üçün vacib addımdır.
Bu proses aşağıdakı mərhələləri əhatə edir:
- Ərazinin seçilməsi və izolyasiya
- Soyutma sistemlərinin qurulması
- UPS və enerji ehtiyat sistemləri
- Rəf və rack sistemlərinin yerləşdirilməsi
- Monitorinq və təhlükəsizlik sistemləri
Server otağı quraşdırılması zamanı, serverlərin yerləşəcəyi məkanın səs, istilik və tozdan qorunması önəmlidir. Serverlərin optimal temperaturda işləməsi üçün effektli kondisioner və hava axını sistemlərinin olması vacibdir. Elektrik kəsintisinə qarşı akkumulyatorlar və generatorlar yerləşdirilməlidir. Avadanlıqların qaydasında və təhlükəsiz quraşdırılması üçün peşəkar rack sistemlərindən istifadə edilməlidir. Eyni zamanda, server otağına giriş nəzarətdə saxlanılmalı, videomüşahidə və yanğın siqnal sistemləri qurulmalıdır. Server otağında istifadə olunan server avadanlıqları, məlumatların təhlükəsizliyi, şəbəkə əlaqələri və enerji təminatını optimallaşdıraraq iş yerinizin etibarlı və fasiləsiz işləməsini təmin edir.
Server kabel
Server otağında kabel infrastrukturunun rolu çox önəmlidir. Səhv və ya qarışıq kabel düzümü gələcəkdə texniki dəstək üçün problem yarada bilər. Buna görə strukturlaşdırılmış kabel sistemləri yəni, Cat5e, Cat6, fiber-optik və s. istifadə olunur. Peşəkar yanaşma ilə kabel etiketlənməsi, düzgün marşrutlaşdırma və ehtiyat kanalların saxlanılması uzunmüddətli istifadədə sabitlik təmin edir. Technofusion olaraq, sizin biznesiniz üçün tam peşəkar server otağı həlləri təqdim edirik. Biz planlaşdırmadan başlayaraq montaj və texniki dəstəyə qədər hər bir xırda detalı istifadəçiyə təklif edirik. Təhlükəsiz, dayanıqlı və gələcəyə hazır bir infrastruktur üçün bizimlə əlaqə saxlayın!