Backup Həlləri

Bir anlıq ən pis ssenarini təsəvvür et: bir səhv klik, elektrik kəsintisi və ya zərərli hücum nəticəsində illərlə topladığın məlumatlar silinir. Amma əgər backup həlləri vaxtında qurulubsa, bu cür ssenarilər artıq sizdə həyəcan yaratmayacaq.
Backup, məlumatların ehtiyat nüsxələrinin yaradılması və təhlükəsiz şəkildə saxlanması prosesidir. Bu həllər, sistem nasazlığı, istifadəçi səhvi, kibertəhlükə və ya təbii fəlakət kimi hallarda məlumatların itirilməsinin qarşısını alır.
Yaxşı qurulmuş backup strategiyası bizə nə verir:
- Məlumatı vaxta uyğun olaraq avtomatik yadda saxlayır
- Seçdiyiniz vaxt aralığında bərpa imkanı verir
- Fiziki və ya bulud əsaslı platformalarda etibarlı qorunmanı təmin edir
- Qısa desək, backup yoxdursa, məlumatlar müvəqqətidir.
Backup nədir?
Backup nədir? Bu suala cavab olaraq qeyd edə bilərik ki, Backup loru dildə desək, ehtiyat nüsxə anlamına gəlir. Daha aydın ifadə etsək, rəqəmsal məlumatların sonradan bərpa oluna bilməsi üçün ikinci və ya daha çox nüsxəsinin yaradılması prosesi də deyə bilərik. Bu, kompüterlərdə, serverlərdə, bulud texnologiyalarında və digər rəqəmsal mühitlərdə saxlanılan faylların, tətbiqlərin və konfiqurasiyaların itkiyə qarşı qorunmasında əvəzolunmaz rol oynayır.
Ehtiyat nüsxə sistemi aşağıdakı hallarda xüsusilə həyati əhəmiyyət daşıyır: ⚠️ Avadanlıq nasazlığı və ya sistem çöküşü zamanı, 🦠 Virus və kiber hücum nəticəsində məlumat itkisi hallarında, ❌ Təsadüfi silinmə və ya insan faktoruna əsaslanan səhvlər zamanı.
Backup olmadan məlumat itkisi həm şəxsi istifadəçilər, həm də müəssisələr üçün ciddi nəticələrə səbəb ola bilər. Ona görə də məlumatlarınızın vaxtaşırı olaraq ehtiyat nüsxəsinin alınması, istənilən İT təhlükəsizlik strategiyasının əsas hissəsi olmalıdır. Technofusion olaraq biz, müəssisələr üçün avtomatlaşdırılmış, bulud əsaslı və yerli backup həlləri təqdim edirik. Məlumatlarınızı etibarlı saxlamaq üçün bizimlə əlaqə saxlayın, riskləri birlikdə azaldaq!💾
Backup və ya ehtiyat nüsxə
Ehtiyat nüsxə, orijinal məlumatın qorunan surətidir. Bu surət ayrı məkanda saxlanılır və lazım gəldikdə sürətlə bərpa olunur. Bütün müəssisələr istər kiçik ofis, istər böyük korporasiya olsun, backup olmadan risk altındadır.
Backup yalnız faylları qorumaq deyil, həm də:
- İT sisteminin sabit işləməsi
- Biznesin fasiləsiz davam etməsi
- Müştəri məlumatlarının qorunması
- Hüquqi və maliyyə sənədlərinin bərpası üçün həyati əhəmiyyət daşıyır
Əgər sistem çöksə və sizdə backup yoxdursa, bu yalnız texniki deyil, bəzən nüfuz itkisi ilə nəticələnə biləcək böhrandır.
Backup növləri
Backup yalnız bir formada olmur, ehtiyac və sistem strukturuna görə müxtəlif nüsxələmə üsulları mövcuddur. Ən çox istifadə olunan backup növləri bunlardır:
🔹 Tam backup (Full Backup): Bütün sistem və məlumatların tam surəti çıxarılır. Bu ən təhlükəsiz, amma çox yer tutan üsuldur. 🔹 Diferensial backup: Son tam backupdan sonra dəyişən faylların surəti çıxarılır. Yaddaşa qənaət edir, amma bərpa prosesi bir az daha uzundur. 🔹 İnkremental backup: Yalnız son backupdan sonra dəyişən fayllar saxlanılır. Ən çevik və sürətli backup metodlarından biridir. 🔹 Real-time və ya Snapshot: Məlumatlar anlıq və davamlı olaraq yedəklənir. Tez-tez dəyişən məlumatlar üçün ideal həll yoludur. 🔹 Offsite və Cloud backup: Ehtiyat nüsxələr fərqli buludda saxlanılır.
Hər backup növü fərqli ehtiyac üçün uyğundur və düzgün kombinasiya ilə tam təhlükəsizlik təmin etmək olur. Backup sadəcə ehtiyat planı deyil, güvənli gələcəyin zəmanətidir.
Technofusion, sizin üçün ən uyğun backup həllərini layihələndirir, qurur və davamlı texniki dəstək ilə müşayiət edir. İstər on-prem, istər bulud, istərsə də hibrid sistemlər üçün peşəkar və dayanıqlı backup strategiyaları təqdim edirik.