Veb Tətbiq Firewall

Careers Image

İnternet saytınızı istifadəçilər görür, amma hücum edənlər də oraya baxır. Elə burada WAF Veb Tətbiq Firewall-u işə düşür. WAF, veb-saytınıza və tətbiqlərinizə edilə biləcək zərərli hücumların qarşısını alan xüsusi təhlükəsizlik qatıdır. O, gələn və gedən trafiki analiz edərək SQL injection, XSS (Cross-site scripting) və digər kiber təhdidlərə qarşı sizi qoruyur.

Veb tətbiq Firewall-u (WAF) nədir?

Sadə dillə desək, WAF saytınızı qoruyan bir "qapıçı" kimidir. Hər gələn tələbi yoxlayır, təhlükəsizdirsə içəri buraxır, şübhəlidirsə bloklayır. WAF niyə vacibdir? Çünki hücumlar artdıqca tətbiqlər daha çox risk altına düşür, onlayn satış, qeydiyyat və ödəniş sistemləri üçün yüksək təhlükəsizlik tələb olunur, WAF olmadan məlumat sızması və servis dayanmaları ilə üzləşmək mümkündür, GDPR, ISO və digər standartlara uyğunluq üçün WAF istifadə etmək tövsiyə olunur

WAF sistemlərinin quraşdırılması necə aparılır?

WAF həlləri bir neçə fərqli şəkildə tətbiq olunur. Bunlardan bir neçəsini sizin üçün təqdim edirik:

  • Cloud əsaslı WAF - CDN ilə inteqrasiya olur. (Məsələn, Cloudflare, AWS WAF)
  • Appliance (fiziki cihaz) əsaslı WAF
  • Software əsaslı WAF (serverdə işləyən proqram təminatı)

Quraşdırma mərhələləri isə adətən belədir:

  • Təhlükə analizinin aparılması ilə saytın hansı nöqtələrinin zəif olduğu müəyyən edilir
  • Trafikin yönləndirilməsi ilə WAF sistemindən keçəcək şəkildə konfiqurasiya olunur
  • Qaydaların yazılması ilə sənin təyin etdiyin bəzi sorğular bloklanır, bəziləri isə yox
  • Test mərhələsi ilə sistem test edilir və səhvlər tənzimlənir
  • İnteqrasiya və izləmə yolu ilə real zamanda monitorinq və avtomatik hesabatlar qurulur

İnfrastrukturunuzu qorumaq təkcə antivirusla mümkün deyil. WAF sistemləri, veb tətbiqləriniz üçün xüsusi dizayn olunmuş qalxan rolunu oynayır. Hər bir trafiki incəliklə yoxlayaraq, sizi görünməyən təhdidlərdən qoruyur. Technofusion olaraq, sizə uyğun WAF həllərini təklif edir, quraşdırır və daim monitorinq xidmətlərimizlə təhlükəsizlik səviyyənizi yüksəkdə saxlayırıq. Gəlin, saytınızı birgə gücləndirək!