Video Konfrans

Careers Image

İş həyatında və təhsildə “eyni məkanda olmaq” artıq çoxdan zərurət deyil. İndi əsas məsələ sadəcə eyni anda eyni işə fokuslana bilməkdir. Məhz bu ehtiyacı qarşılayan texnologiyalardan biri də video konfrans sistemləridir. İstər şirkətlər arasında iclas, istər uzaqdan tədris, istərsə də beynəlxalq layihələrdə iştirak olsun, videokonfrans texnologiyaları insanları bir araya gətirməyin ən sürətli və praktik yoludur. Gecikmədən, aydın səs və görüntü ilə ünsiyyət qurmaq artıq “luks” deyil, işin ayrılmaz hissəsidir.

Videokonfrans sistemləri

Videokonfrans sistemləri, sadəcə bir kamera və mikrofonla qurulan görüntülü zənglərdən daha çox şeydir. Bu sistemlər yüksək keyfiyyətli audio-video ötürmə, ekran paylaşımı, sənəd üzərində birgə iş və istənilən cihazdan qoşulma imkanları təqdim edir.

Yaxşı qurulmuş bir sistemlə nələr əldə edilir, gəlin baxaq:

  • Təkcə “görüş” yox, əməkdaşlıq baş tutur
  • Təqdimatlar canlı və interaktiv olur
  • Məsafə maneə deyil, rəqəmsal masa arxası olur
  • Səfərlərə, icarəyə, enerji və vaxta böyük qənaət edilir

Ən əsası isə, komandalar bölünmür, birləşir. Ofisdə olanla evdən qoşulan arasında fərq hiss olunmur. Əgər düşünürsən ki, bu texnologiya ancaq iri şirkətlər üçündür yanılırsan! Müasir videokonfrans sistemləri miqyaslana bilir və burada istər 3 nəfərlik iclas otağı, istər 300 nəfərlik auditoriya üçün uyğun həll mövcuddur.

Son olaraq qeyd edə bilərik ki, Technofusion, videokonfrans sahəsində etibarlı tərəfdaşınız olaraq, sizə tam uyğun, texniki cəhətdən güclü, istifadəsi rahat və dayanıqlı sistemlər təqdim edir. Biznesinizin, təhsil ocağınızın və ya təşkilatınızın ünsiyyətini sadələşdirir, məsafələri bir kliklə yox edirik. Technofusion ilə səsiniz də, sözünüz də uzaqlara getsin.