Data mərkəzi yaradılması

Məlumatlarınız üçün etibarlı “qala” istəyirsinizsə, data mərkəzi yaradılması vacib addımlardan biridir. Çünki, rəqəmsal dövrdə məlumatlar ən qiymətli resurslardan birinə çevrilib.
Bu məlumatların təhlükəsiz və fasiləsiz şəkildə saxlanması isə yalnız peşəkar şəkildə həyata keçirilmiş data mərkəzi yaradılması ilə mümkündür. Technofusion olaraq, yüksək təhlükəsizlik, enerji sabitliyi və performans göstəricilərinə uyğun data mərkəzləri layihələndirir və quraşdırırıq.
Bəs Data Mərkəz (Data Center) nədir ? Sadə dildə desək, bu serverlər, şəbəkə cihazları və məlumat saxlama sistemlərinin toplandığı, 24/7 fəaliyyət göstərən texnoloji məkandır. Bu mərkəzlər böyük şirkətlərin, dövlət qurumlarının və hər ölçüdə bizneslərin məlumatlarını qorumaq və idarə etmək üçün həyati əhəmiyyət daşıyır.
Data mərkəzi yaradılması prosesimizə daxildir:
- Fiziki mühitin planlaşdırılması və enerjiyə davamlılıq
- Soyutma və ventilyasiya sistemlərinin qurulması
- Yüksək təhlükəsizlik tədbirləri və monitorinq sistemləri
- Gələcək üçün miqyaslana bilən infrastruktur
Texnologiya sürətlə inkişaf etdiyi üçün məlumatlarınızı da bu sürətə uyğun qoruyun. Technofusion ilə qurulan data mərkəzləri ilə gələcəyə güvənlə baxa bilərsiniz!