Arxiv Həlləri

Careers Image

Vaxtilə sənədləri böyük şkaflarda, tozlu qovluqlarda axtarırdıq. İndi isə bir neçə kliklə illərlə saxlanan məlumatlara ani çıxış mümkündür. Bu dəyişiklik, arxiv həlləri sahəsində texnologiyanın necə irəlilədiyini göstərir. İstər fiziki sənədlərin rəqəmsallaşdırılması, istərsə də yeni yaradılan sənədlərin elektron idarəedilməsi, yəni arxivləşdirmə artıq sadəcə saxlamaq yox, idarə etmək və istifadə etmək üçün var.

Doğru qurulmuş bir arxiv sistemi üstünlükləri nələrdir:

  • Vaxta qənaət edir
  • Axtarış və tapma prosesini sürətləndirir
  • Məlumatın təhlükəsizliyini təmin edir
  • Ehtiyac zamanı hüquqi və maliyyə sənədlərinə çıxışı asanlaşdırır

Qısaca desək, arxiv gələcək qərarların əsasını təşkil edən etibarlı zəmanətdir!

Arşiv

Arşiv, müəssisənin yaddaşıdır. Burada təkcə kağız sənədlər yox, müqavilələr, hesabatlar, insan resursları sənədləri, hətta vizual materiallar belə qorunur. Amma ənənəvi arxivləşdirmə üsulları artıq dövrünü başa vurur.

Fiziki arxivdə:

  • Sənədi tapmaq üçün saatlarla vaxt gedə bilər
  • Məkan problemi yaranır
  • Yanğın, su basqını və ya sənədin itməsinə qarşı zəmanət yoxdur

Yeni nəsil arxiv həlləri isə bütün bu çətinlikləri rəqəmsal formatda, sürətli və təhlükəsiz şəkildə aradan qaldırır. Əgər sənəd "arşivdədir" deyəndə əminliklə onu saniyələr içində tapmaq istəyirsənsə, artıq bu sistemlərə keçidin vaxtıdır.

Elektron arxiv

Elektron arxiv, sənədlərin rəqəmsal formada saxlanılması və idarə olunması üçün qurulan müasir arxiv sistemidir. Bu sistemdə hər bir sənəd metadata ilə birlikdə qeyd olunur, axtarış imkanları ilə sürətli tapılır və hüquq çərçivəsində istifadə olunur.

Elektron arxiv üstünlükləri:

1)Kağız israfını azaldır 2)Təşkilati çevikliyi artırır 3)E-imza, tarixçələr və versiya nəzarəti ilə sənədlərin izlənməsini asanlaşdırır 4)İT təhlükəsizliyi ilə tam qorunur

Elektron arxiv, işin axıcılığına və çevik qərarverməyə birbaşa təsir edən vasitədir. Arxiv sadəcə məlumat saxlamaq üçün istifadə edilmir, eyni zamanda onu anında tapmaq və istifadə etmək üçündür. Technofusion, sizə uyğun arxiv həlləri təqdim edərək istər fiziki sənədlərin rəqəmsallaşdırılması, istər elektron arxiv sistemlərinin qurulması, istərsə də sənəd idarəetmə sistemlərinin inteqrasiyası sahəsində tam peşəkar dəstək göstərir. Technofusion ilə keçmişinizi qoruyun, gələcəyinizi idarə edin! Sənədlərinizi təhlükəsiz və effektiv şəkildə idarə etmək istəyirsinizsə, Technofusion-un təqdim etdiyi məlumat saxlama həlləri ilə tanış olun.