Data Mərkəzi & Virtuallaşdırma
Biz yüksək sürətli server və böyük yaddaş cihazlarını birləşdirən vahid struktur yaradırıq
Bu strukturun imkanlarından istifadə edərək Technofusion komandası korporativ müştərilərə, fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hazır həllər təklif edir. Bizim həllərimizdən istifadə etməklə siz dərhal əla miqyaslamanı, sadələşdirilmiş idarəetməni və əməliyyatların optimallaşdırılmasını qiymətləndirəcəksiniz. Onlar, həmçinin proqramlaşdırıla bilən infrastruktur sayəsində daha çox çeviklik və uyğunluq təmin edirlər.

Virtuallaşdırma - məlumat mərkəzlərinin əsas texnologiyası
Virtuallaşdırma serverlərin, məlumat anbarlarının, şəbəkə qurğularının və digər avadanlıqların işləyə biləcəyi virtual mühitlər yaratmaq üçün istifadə olunur. Bu, təşkilatlara avadanlıq xərclərini azaltmağa, tətbiq və servislərin işini yaxşılaşdırmağa kömək edir.
Biznesin ən sürətli və səmərəli inkişafı üçün Technofusion ilə informasiya resurslarınızı virtual məlumat mərkəzlərinə çevirin

Biz sabit, təhlükəsiz və etibarlı biznes- nəticələr ilə təmin edirik
Aparıcı təchizatçılardan olan inteqrasiya edilmiş infrastruktur və xidmət həlləri portfelimizə aşağıdakılar daxildir:
Big Data and Analytics
Cloud Solutions
Converged Infrastructure
Data Center Applications
Data Protection
Desktop Virtualization
Hyperconverged Infrastructure
Software Defined Storage
Daha çox məlumat almaq istəyirsiniz?
Bizimlə əlaqə saxlayın. Biz hər zaman yeni layihələri, qeyri-standart həlləri və imkanları müzakirə etməyə açığıq.