BI və Analitika

BI və Analitika müasir idarəetmə strategiyalarının əsas komponentləridir

Müasir biznes dünyasında doğru qərarlar vermək üçün məlumatların düzgün analiz edilməsi vacibdir. BI və Analitika xidmətləri, şirkətinizin fəaliyyətini dərindən təhlil edərək strateji üstünlüklər qazanmasına imkan yaradır. Technofusion, məlumatların toplanması, təhlili və vizuallaşdırılması vasitəsilə biznes analitika həllərini formalaşdırmağa kömək edir.

Info block image

BI və Analitika xidmətlərimizə aşağıdakılar daxildir:

Məlumatların toplanması, təhlili və vizuallaşdırılması
BI sistemlərinin inkişafı və tətbiqi
Daşbord və hesabatların hazırlanması
Məsləhət və təlim
Məlumatları düzgün analiz edin, strateji üstünlüklər qazanın və biznes analizi xidmətləri ilə iş potensialını tam şəkildə artırın!
Info block image

Məqsədimiz biznesinizin gəlirliliyini artırmağınıza kömək etməkdir

Biz hesab edirik ki, hər bir təşkilat unikaldır. Bu səbəbdən, şirkətlərin BI və Analitikasına yanaşmamız da fərdidir. Biznes analizi xidmətləri sizə dəqiq və operativ qərarlar qəbul etmək üçün lazımi alətləri təqdim edir.
Info block image

Biznes analitika

Rəqəmsal dövrdə təxminlərə deyil, datalara əsaslanan qərarlar uğur gətirir. Məhz bu nöqtədə biznes analitika, şirkətlər üçün strateji üstünlüyə çevrilir. O, sadəcə rəqəmlərə baxmaq deyil, eyni zamanda trendləri təhlil etmək, fürsətləri müəyyənləşdirmək və gələcəyə yön verən ağıllı qərarlar qəbul etmək deməkdir. Technofusion olaraq biz, sizin üçün uyğun biznes analitika həlləri təqdim edirik. İstər daxili proseslərinizi təhlil etmək, istər müştəri davranışlarını başa düşmək, istərsə də satış performansını artırmaq üçün doğru məlumat, doğru anda, doğru insanın qarşısında olur.
Info block image

Biznes analitikanın əsas üstünlüklərinə gəlin birlikdə baxaq:

Real vaxtda məlumatların vizual təhlili
Gəlir və xərclərin ağıllı idarə olunması
Müştəri davranışlarının proqnozlaşdırılması
Əməkdaşların performansının ölçülməsi və təkmilləşdirilməsi
Satış və marketinq strategiyalarının optimallaşdırılması
İstifadə etdiyimiz texnologiyalara bunlar aiddir: Power BI, Tableau, Google Data Studio, Oracle Analytics, Microsoft Azure Synapse Analytics və daha çox.
Info block image

Biznes analitika sayəsində siz:

Daha çevik qərarlar vermə imkanı əldə edirsiniz
Riskləri vaxtında görürsünüz
Resursları daha səmərəli bölüşdürür və
Rəqiblərinizdən bir addım öndə olarsunuz

Şəbəkə İnfrastrukturu

Müxtəlif ölçülü şirkətlərdə fasiləsiz işləməyə təminat verən şəbəkələrin yaradılması, texniki xidməti və monitorinqi.

Kollaborasiya

Şirkətin işçiləri arasında effektiv ünsiyyət üçün geniş çeşidli alətlər, eləcə də müştərilər və tərəfdaşlarla qarşılıqlı əlaqə vasitələri.

Daha çox məlumat almaq istəyirsiniz?
Bizimlə əlaqə saxlayın. Biz hər zaman yeni layihələri, qeyri-standart həlləri və imkanları müzakirə etməyə açığıq.